İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın məhkəməsi zamanı özünü yandıran şəxs ÖLDÜ

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəməsinin keçirildiyi Nyu-York məhkəməsinin qarşısında bir gün əvvəl özünü yandıran şəxs ölüb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, yanğının heç bir şəkildə məhkəmə işi ilə bağlılığı yoxdur.

Belə ki, hadisə dünən, aprelin 19-da baş verib. Hadisə şahidlərinin sözlərinə görə, kişi bel çantasından broşürləri çıxararaq havaya atıb, sonra üzərinə maye tökərək yandırıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Səhərə yaxın isə xəstəxanada ölüb.

Nyu York Polis Departamenti ölən şəxsin Florida ştatından Maks Azzarello olduğunu bildirib. Ölümündən əvvəl o, kriptovalyutanı və ABŞ siyasətçilərini tənqid edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR