İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın maliyyə naziri: Rusiyaya qarşı sanksiyaları ikiqat artırmaq lazımdır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən ABŞ-ın maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən Skott Bessent Rusiyaya və onun neft sektoruna qarşı sanksiyaların Ukrayna ilə bağlı danışıqlarda Moskvanı sülh “masasına oturmağa” məcbur edəcək səviyyəyə çatdırmağın tərəfdarıdır.

Musavat.com xəbər verir ki, Bessent bunu Senatın Maliyyə Komitəsində namizədliyi müzakirə olunanda deyib.

O, Rusiyaya xəbərdarlıq edib: “Əgər hər hansı Rusiya rəsmisi bu təsdiqləmə dinləmələrini izləyirsə, başa düşməlidir ki, əgər mənim namizədliyim təsdiqlənsə və prezident Tramp bunu Ukraynadakı müharibəni bitirmək strategiyasının bir hissəsi kimi tələb etsə, mən 100 faiz artımın tərəfdarıyam. Xüsusilə Rusiya neft sektorunun əsas oyunçularına qarşı sanksiyaları Rusiyanı danışıqlar masası arxasına oturmağa məcbur edəcək səviyyəyə çatdırmaq lazımdır”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR