İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın hakimiyyətə gəlməsi onlara baha başa gəldi - SENSASİON MƏBLƏĞ

ABŞ prezidenti Donald Trampın inaqurasiyasına qatılan beş milyarder onun hakimiyyətə gəlişindən sonra ümumilikdə 209 milyard dollar itirib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, inaqurasiyadan sonra gəlirləri əhəmiyyətli dərəcədə azalan şəxslər arasında İlon Mask, Ceff Bezos, Mark Zukerberq, Sergey Brin və Bernard Arnault yer alıb.

Məqalədə qeyd edilir ki, ən çox itkiyə məruz qalan İlon Mask olub, o, 148 milyard dollar itirib. Eyni zamanda, "Tesla"nın Almaniyada satışları 70%-dən çox, Çin tədarükləri isə 50% azalıb. Digər məşhur iş adamı və "Amazon"un təsisçisi Ceff Bezos 29 milyard dollar itirib və onun şirkətinin səhmləri yanvarın 17-dən etibarən 14% ucuzlaşıb.

"Google"un təsisçilərindən biri Sergey Brin isə Trampın hakimiyyətə gəlməsindən sonra 22 milyard dollar itirib. Həmçinin, "Meta"nın təsisçisi və baş icraçı direktoru Mark Zukerberq və LVMH-nin baş direktoru Bernar Arnault da əhəmiyyətli maliyyə dəyişiklikləri yaşayıb və hər biri 5 milyard dollar itirib.

Daha əvvəl "Forbes" jurnalı yazıb ki, ABŞ milyarderi İlon Maskın sərvəti 2024-cü ilin dekabrından sonra 116 milyard dollar azalıb, buna səbəb isə fond bazarındakı çökmə olub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR