İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trampın Ermənistanla bağlı siyasəti belə olacaq”

“ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası çətin ki, Ermənistanla ikitərəfli münasibətlərdə Co Bayden administrasiyası kimi fəallıq göstərsin”.

Musavat.com xəbər verir ki, bu fikir Ermənistanın Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan tərəfindən səslənib.

Erməni ekspertin iddiasına görə, Bayden bölgənin xüsusiyyətlərini daha yaxşı başa düşürmüş.

“Ümumiyyətlə, onun ermənilərlə kifayət qədər yaxşı əlaqələri var idi. Üstəlik, erkən dövrdən. O, senator kimi ABŞ tarixinin ən ermənipərəst siyasi xadimlərindən biri hesab olunurdu, Tramp isə daha az məlumatlıdır. Beləliklə, onun xarici siyasəti Co Baydenin yürütdüyü siyasətdən çox fərqli olacaq. Üstəlik, bütün istiqamətlərdə və bütün məsələlərdə”, - deyə Sarkisyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR