İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın bu təyinatı “rüsum müharibəsi”nə hazırlıq əlaməti hesab olundu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Endryu Ferqyusonu Federal Ticarət Komissiyasının (FTC) sədri təyin edib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə özünə məxsus "Truth" sosial şəbəkəsində məlumat yayıb:

"Endryu sübut etdi ki, o, texnoloji senzuraya qarşı durur və bizim böyük ölkəmizdə azad sözü müdafiə edir. Endryu ölkəmizin tarixində ilk innovasiya tərəfdarı olan FTC sədri olacaq".

Qeyd edək ki, Virciniya ştatının baş prokuroru vəzifəsində çalışmış Ferqyuson müxtəlif Vaşinqton hüquq firmalarında antiinhisar hüquqşünası olub. O, həmçinin Senatın Respublikaçı lideri Miç Makkonnellin (Kentukki senatoru) baş vəkili idi.

Ferqyuson hazırda Federal Ticarət Komissiyasının üzvüdür, ona görə də o, Trampın andiçmə mərasimindən dərhal sonra sədr vəzifəsini icra edə biləcək.

Qeyd edək ki, Endryu Ferqyusonun təyinatını analitiklər Trampın ticarət tərəfdaşları ilə rüsum müharibəsinə hazırlığının tərkib hissəsi kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

18 May 2025

BÜTÜN XƏBƏRLƏR