İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın bu qərarı iki alman şirkətinə şok yaşadacaq: 3,4 milyard itki və...

ABŞ prezidenti Donald Trampın idxal olunan avtomobillərə rüsum tətbiq etmək qərarından ən çox zərəri Almaniyanın avtomobil istehsalçıları Porsche və Mercedes-Benz Group çəkəcək.

Musavat.com Bloomberg agentliyinə istinadən xəbər verir ki, şirkətlər aprelin 3-dən qüvvəyə minəcək tariflər səbəbindən təxminən 3,4 milyard avro itki ilə üzləşə bilər. İtkiləri kompensasiya etmək üçün onlar ya avtomobillərin qiymətlərini artırmalı, ya da daha çox istehsal gücünü ABŞ-a köçürməli olacaqlar.

Agentlik qeyd edir ki, alman avtomobil istehsalçılarının əksəriyyətinin ABŞ-da zavodları var və onlar həm yerli alıcılar, həm də ixrac üçün avtomobil istehsal edirlər. Agentliyə görə, Avropa İttifaqının cavab tədbirləri nəzərdən keçirməsi ilə ticarət müharibəsindəki hər hansı bir eskalasiya onsuz da artan xərclərdən və zəif tələbdən əziyyət çəkən sənayeyə daha çox zərər verə bilər.
Qeyd edək ki, martın 26-da Tramp ABŞ-ın ölkədən kənarda istehsal olunan bütün avtomobillərə 25 faiz idxal rüsumları tətbiq edəcəyini açıqlayıb. Əvvəllər tətbiq edilən 2,5 faiz rüsum da qüvvədə qalmalıdır ki, bu da yeni tarif dərəcəsinin 27,5 faiz olması ilə nəticələnəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR