İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Ağ Evin qarşısındakı BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO/FOTOLAR

ABŞ-nin prezidenti Donald Tramp, Tesla və SpaceX-in rəhbəri İlon Maskı dəstəklədiyini nümayiş etdirmək üçün Tesla avtomobili almağa qərar verib.

Musavat.com xəbər verir ki, Tramp Ağ Evin həyətində Tesla avtomobilləri ilə birlikdə jurnalistlər qarşısına çıxıb.


O, İlon Maskın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib. O, Maskın innovasiya və texnologiya sahəsindəki fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, ona qarşı haqsızlıqların edildiyini düşündüyünü qeyd edib:

"Bu adam bütün gücünü və həyatını bu sahəyə həsr edib. Məncə ona qarşı müəyyən ədalətsizliklər olub və bu, haqsızlıqdır".

Özünün adətən avtomobil sürmədiyini etiraf edən Tramp, Maskın istehsal etdiyi avtomobilin keyfiyyətini yüksək qiymətləndirərək, onun fədakarlığını dəstəklədiyini açıq şəkildə bildirib:

"Tesla dünyada bir nömrəli avtomobildir. Ən keyfiyyətli və mükəmməl bir məhsuldur. Bu avtomobili almağa qərar verdim, çünki İlon Mask həyatını bu sahəyə sərf edib. O, buna layiqdir və mən onu dəstəkləyirəm".

Trampın bu jesti Tesla-nın biznesinə və Maskın liderliyinə olan ictimai diqqəti daha da artırıb. ABŞ siyasətində və biznes dünyasında güclü təsirə malik olan Trampın belə bir açıqlama verməsi, Teslanın gələcəkdə daha geniş auditoriyaya xitab edə biləcəyini göstərir.

Bəzi analitiklər Trampın bu addımını siyasi manevr kimi qiymətləndirir, çünki İlon Mask son dövrlərdə hökumət və bir sıra siyasətçilərlə müəyyən fikir ayrılıqları yaşayır. Bununla belə,Trampın açıq şəkildə dəstək nümayiş etdirməsi, Maskın texnologiya sahəsindəki uğurlarının ABŞ üçün vacib olduğunu bir daha sübut edir.

Musavat.com 

Trump, Elon Musk'a destek için Tesla araç satın aldı

Trump, Elon Musk'a destek için Tesla araç satın aldı

Trump, Elon Musk'a destek için Tesla araç satın aldı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR