Onlayn ictimai-siyasi qəzet
Digər ölkələrin ABŞ prezidenti Donald Trampın tariflərinə cavab tədbirləri nəticəsində qlobal ÜDM itkiləri ikirəqəmli rəqəmə çata bilər.
Musavat.com xəbər verir ki, bu qiymətləndirmələri Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala səsləndirib. Onun sözlərinə görə, nəticələr qlobal iqtisadiyyat üçün fəlakətli olacaq.
ÜTT rəhbəri bildirib ki, 1930-cu illərdə tariflərin tətbiqi ABŞ-da Böyük Depressiyanı daha da pisləşdirib. Hətta o zaman aydın oldu ki, bu yanlış siyasətdir: "Biz hesablamaları etdik. Əgər ABŞ-ın mümkün tariflərinə cavab tədbirləri görülsə, istər 25 faiz, istərsə də 60 faiz - biz 1930-cu illərdə olduğumuz yerə çatacağıq və qlobal ÜDM-də ikirəqəmli itkilər görəcəyik. Bu, fəlakətdir və yoxsul ölkələr daha çox zərər görəcəklər".
Okonjo-Iweala dünyanın iki ticarət blokuna bölünəcəyi ikinci mümkün ssenarinin də olduğunu qeyd edib. ÜTT rəhbəri hesab edir ki, bu halda “uzunmüddətli perspektivdə biz real qlobal ÜDM-in 6,4 faizini itirəcəyik ki, bu da Yaponiya və Cənubi Koreya iqtisadiyyatlarının eyni vaxtda itkisinə bərabərdi”.
Musavat.com
24 Yanvar 2025
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ