Onlayn ictimai-siyasi qəzet
Avropanın Ukraynaya dəstək cəhdləri ABŞ daxilində narazılıq doğurur.
Musavat.com xəbər verir ki, The Economist nəşrinin yaydığı məlumata görə, ABŞ prezidenti Donald Trampın bəzi köməkçiləri şəxsi söhbətlərdə Avropanın Ukraynanı gücləndirməyə yönəlmiş səylərindən “boğaza yığıldıqlarını” bildiriblər.
Məqalədə həmçinin qeyd olunur ki, Pentaqon rəsmiləri yaxın günlərdə bir müttəfiq ölkəyə “siz hələ də niyə Ukraynaya silah göndərirsiniz?” sualını verərək narazılıqlarını açıq şəkildə ifadə ediblər.
Tramp administrasiyasının bu mövqeyi Vaşinqtonun Ukrayna ilə bağlı siyasətində sərt dönüşlərin ola biləcəyindən xəbər verir.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ