Onlayn ictimai-siyasi qəzet
ABŞ sabiq prezident Co Baydenin dövründə Ukraynanın hərbi əməliyyatları ilə bağlı tətbiq etdiyi bütün məhdudiyyətləri hələ də aradan qaldırmayıb. Amma Prezident Donald Tramp belə bir ehtimalı ciddi şəkildə nəzərdən keçirir.
Bu barədə Avropa İttifaqı və ABŞ rəsmilərinə istinadla “Kyiv Post” məlumat yayıb. Rəsmilərdən biri əlavə təfərrüat vermədən deyib:
“Əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətlər nəzərdən keçirilir, çünki Donald Tramp hazırkı status-kvonun Rusiyanı danışıqlara məcbur etməkdə bizim ümumi marağımıza cavab vermədiyinə inanır”.
Ləğv edilməsi gözlənilən məhdudiyyətlərə gəlincə, söhbət ABŞ-dən Ukraynaya tədarük edilmiş raket və digər uzaqmənzilli sistemlərlə Rusiya ərazisindəki hərbi obyektlərə zərbələrin endirilməsinə Vaşinqtonun icazəsindən gedir.
Türkiyə Xarici İşlər naziri Hakan Fidanın bu həftə Ukraynanın paytaxtı Kiyevə rəsmi səfəri gözlənilir. "Reuters"-in verdiyi məlumata əsasən, səfər çərçivəsində Fidan Ukraynalı rəsmilərlə görüşlər keçirəcək və İstanbulda keçirilmiş sülh danışıqlarının davamı məsələsini müzakirə edəcək.
Qeyd edək ki, Kiyev səfərindən əvvəl Fidan Rusiyanın paytaxtı Moskvaya gedərək Kremlin Sarayında Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Tərəflər arasında baş tutan danışıqlarda Ukrayna müharibəsinin sonlandırılmasına dair mümkün təşəbbüslər, İstanbul danışıqlarından sonra yaranmış vəziyyət və sülhə aparan yeni addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı Hakan Fidan Ankaranın sülh prosesində vasitəçi olmağa və tərəflərə ev sahibliyi etməyə hazır olduğunu bir daha ifadə edib.
Ankara əvvəlki dövrlərdə olduğu kimi, bu prosesdə "asanlaşdırıcı rol" oynamaq niyyətindədir. Rusiya ordusu Donetsk vilayətinin Staraya Nikolayevka yaşayış məntəqəsini ələ keçirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ