İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan SENSASİYA: Rusiyanı MƏHV edərəm! Putinin adamından AÇIQLAMA... – CANLI

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə təmaslar barədə suallara cavab verərkən Moskvanı təhdid edib.

Türkiyənin "CNN Türk" və "Hürriyət" nəşrlərinin ABŞ nümayəndəsi Yunus Paksoyun verdiyi məlumata görə, Tramp Moskvadan tez cavab gözlədiyini vurğulayıb "İstəsəm, Rusiyanı məhv edə bilərəm. Rusiyanı maddi cəhətdən məhv edə bilərik, amma bunu istəmirəm" - deyə,Tramp Moskvanı təhdid edib.

ABŞ prezidenti qeyd edib ki, vəziyyət çox ciddidir və münaqişə Üçüncü dünya müharibəsinə səbəb ola bilər: "Burada əvvəllər sülh istəməyən biri var idi (Zelenskini nəzərdə tutur - red.), indi bunu qəbul edir.

Hazırda Rusiyaya gedən nümayəndə heyətimiz var. Ümid edirəm ki, atəşkəsə nail olacağıq. İndi hər şey Rusiyadan asılıdır. Ümid edirəm ki, Rusiyadan atəşkəs əldə edə bilərik. Buna nail ola bilsək, burada sülhə gedən yolun 80 faizini tamamlamış olarıq. Rusiyadan müsbət mesajlar aldım, amma müsbət mesaj heç bir məna kəsb etmir.

Əgər atəşkəsi qəbul etməsələr, bu, çox ciddi bir vəziyyət olacaq. Bu müharibə Üçüncü Dünya müharibəsinə səbəb ola biləcək müharibədir. Bu vəziyyətə ABŞ-nin keçmiş prezidenti Co Baydenin səriştəsizliyi səbəb olub. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm".

“Ukraynada təklif olunan müvəqqəti atəşkəs bu ölkənin hərbçiləri üçün müvəqqəti fasilədən başqa bir şey deyil”. Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Ukraynada sülh fəaliyyətini imitasiya edən addımların heç kimə faydası yoxdur. Uşakov qeyd edib ki, Rusiya Ukraynada Moskvanın maraqlarını və narahatlıqlarını nəzərə alan uzunmüddətli sülh yolu ilə nizamlanmaya çalışır.

O, Vladimir Putinin cümə axşamı müvəqqəti atəşkəs təklifi ilə bağlı daha konkret və mənalı qiymətlər verəcəyini istisna etməyib. Rusiya prezidentinin köməkçisi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsla müntəzəm telefon əlaqəsi saxladığını da söyləyib. O əlavə edib ki, Uoltsla söhbətində Ukraynada müvəqqəti atəşkəs təklifini şərh edib və Rusiyanın mövqeyini açıqlayıb.

Uşakov onu da qeyd edib ki, Rusiya və ABŞ hesab edir ki, Ukraynanın NATO-ya qəbulu nizamlanma kontekstində müzakirə oluna bilməz.

Putinin köməkçisi Rusiyanın ABŞ-nin onun Ukraynada nizamlanma tələblərini nəzərə alacağına ümid etdiyini vurğulayıb. Uşakov ABŞ-nin Ukrayna ilə bağlı Rusiya ilə danışıqlarda vasitəçi müəyyən etdiyini də söyləyib. Onun sözlərinə görə, həmin vasitəçi Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyil.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR