İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan SENSASİON dönüş - Ukraynaya pul da, silah da verəcəyik, DÖYÜŞÜN!

Təbii ehtiyatların birgə işlənməsi haqqında sazişin imzalanması müqabilində Ukrayna 350 milyard dollar, çoxlu hərbi texnika və döyüşü davam etdirmək hüququ alacaq. ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Deməliyəm ki, ukraynalılar çox cəsurdurlar, yaxşı əsgərdirlər. Lakin ABŞ və onun pulu və hərbi texnikası olmasaydı, bu müharibə çox tez bitərdi”, - Tramp bildirib. Onun sözlərinə görə, Rusiya ilə razılaşma olana qədər Ukraynaya texnikanın tədarükü çox güman ki, davam edəcək.

Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən gecə ərzində Ukraynaya məxsus 128 PUA məhv edilib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Krasnodar diyarında 83, Krımda 30, Azov dənizi üzərində 8, Qara dəniz üzərində 5, Kursk və Bryansk vilayətlərində isə 1 PUA zərərsizləşdirilib. “Putin-Tramp görüşü yaxşı hazırlanmalıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezidentlərin görüşünə yaxşı hazırlaşmaq lazımdır. Həm dövlət başçılarının, həm də yüksək səviyyəli nümayəndə heyətlərinin başçılarının Ər-Riyadda əldə etdiyi razılaşmalar mərhələli şəkildə həyata keçirilir. Xarici İşlər Nazirliyinin xətti ilə ekspertlər səviyyəsində təmaslar hazırlanır. Beləliklə, iş ən yüksək səviyyədə görüşün hazırlanmasına doğru gedir", - deyə Kremlin sözçüsü vurğulayıb. Peskov Putinlə Tramp arasında yeni telefon danışığının baş verməsinin mümkünlüyünə də toxunub. Bildirib ki, lazım gələrsə, Putinlə Tramp arasında telefon danışığı istənilən vaxt baş tuta bilər: "Dialoq bərpa olunub. Hələlik belə planlar yoxdur. Ancaq bu planlar operativ şəkildə dəyişə bilər".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Arzuxan Əlizadə ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR