Onlayn ictimai-siyasi qəzet
Videobağlantı ilə Davos İqtisadi Forumunda çıxış edən ABŞ prezidenti Donald Tramp Rusiyanı diz çökdürməyin yolunu açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunun neft qiymətlərini ucuzlaşdırmaqdan keçdiyini bildirib.
Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini aşağı salmalarını istəyəcək. Onun sözlərinə görə, bu addım həm ABŞ-da inflyasiyanı azaltmağa və uçot dərəcəsini aşağı salmağa, həm də Rusiyanın Ukraynada müharibəni dayandırmasına kömək edəcək: "Nefti ucuzlaşdırmaqla bu müharibəyə son qoymaq olar. İndiyədək bunun edilməməsi məsuliyyətsizlikdir. Biz qiyməti düşürəcəyik və Rusiya dərhal Ukrayna ilə müharibəni dayandıracaq".
Tramp həmçinin Avropa bazarına böyük miqyasda enerji daşıyıcıları çıxarmağa hazır olduqlarını bəyan edib.
Musavat.com
24 Yanvar 2025
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ