İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Qəzzanın gələcəyi ilə bağlı MARAQLI PAYLAŞIM: Pul yağışı, saqqallı rəqqasələr - VİDEO

ABŞ prezidenti Donald Trampın Qəzza üçün vizyonunu əks etdirən yeni provokativ süni intellekt (AI) videosu yayımlanıb.

Musavat.com xəbər verir ki, Trampın sosial media platformasında paylaşdığı video, hazırda münaqişə içində olan bölgəni Dubay və ya Təl-Əvivə bənzər lüks bir şəhərə çevrilmiş şəkildə təsvir edir.

Süni intellekt tərəfindən yaradılmış 30 saniyəlik görüntülər, təmiz küçələri, dəbdəbəli hotelləri və bahalı avtomobilləri nümayiş etdirir. Görüntülərdə Tesla avtomobillərini xatırladan maşınlar və ənənəvi şərq bazarları fonunda gəzən şəxslər əks olunub.

Videoda İlon Mask da tez-tez peyda olur. “Tesla”nın sahibi və Trampın əsas müşavirlərindən biri olan Mask, müxtəlif yerli yeməkləri yeyir və ya banknot yağışı altında gəzərkən təsvir edilir.

Qəzzanın sahilində şəxsi yaxtalar üzür və görüntülərdən birində iki saqqallı kişi oriental rəqs ifa edir.

Videoda Las-Veqası xatırladan elementlər də var. “Trump Gaza” yazılmış nəhəng giriş arkası və prezidentin qızıldan hazırlanmış nəhəng heykəli diqqət çəkir. Həmçinin, Trampın kiçik, Oscar-stilindəki qızıl fiqurları da bir suvenir köşkündə satışa çıxarılmış şəkildə təsvir edilib.

Trampın bu videosu regionda ciddi narazılıq və qınağa səbəb olacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR