Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Çin donanmasının iştirak etdiyi “Dəniz Təhlükəsizlik Kəməri - 2025” adlı birgə dəniz təlimləri ilə bağlı heç bir narahatlıq duymadığını bildirib.
Musavat.com xəbər verir ki, Florida ştatından Vaşinqtona qayıdan prezident təyyarəsində yerli jurnalistlər ondan bu təlimlərə görə narahat olub-olmadığını soruşublar.
“Xeyr, heç bir narahatlıq yoxdur. Çünki biz onların hamısından güclüyük. Bizim gücümüz onlardan daha çoxdur. Mən ABŞ-ın hərbi qüvvələrini gücləndirən adamam. Təəssüf ki, Co Bayden bu işlə məşğul olmayıb, amma mən hərbi qüvvələrin qüdrətini yenidən geri qaytardım”, - deyə Tramp bildirib.
Donald Trampın cəmi 3 ay ərzində bunu necə bacara bildiyi hər bir halda maraq doğurub.
Qeyd edək ki, İran tərəfindən təşkil edilən “Dəniz Təhlükəsizlik Kəməri - 2025” təlimləri altıncı dəfədir keçirilir.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ