İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İranla bağlı MÜHARİBƏ SİQNALIı: “Hərbi əməliyyat mümkündür!”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni və sərt açıqlama verib.

Musavat.com bildirir ki, Trampın bəyanatına görə, əgər zərurət yaranarsa, ABŞ İranla hərbi əməliyyatlara başlamağı “tamamilə mümkün” hesab edir.

“Belə bir addımı atmaq mənim üçün tamamilə mümkündür. Əgər ehtiyac yaranarsa, tərəddüd etmərik,” – deyə Tramp bildirib.

Hazırda ABŞ və İran arasında gərginlik yüksək həddədir. Trampın bu açıqlaması Yaxın Şərqdə vəziyyətin daha da qızışa biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Qeyd edək ki, Tramp əvvəllər də İranın nüvə proqramı və regiondakı silahlı qruplara dəstəyi ilə bağlı sərt mövqelər nümayiş etdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR