İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zukerberqi ömürlük həbslə hədələyir - Politico

ABŞ prezidentliyinə namizəd və Ağ Evin keçmiş sahibi Donald Tramp yeni kitabında Meta korporasiyasının rəhbəri Mark Zukerberqi 2024-cü il prezident seçkilərinə müdaxilə edəcəyi təqdirdə ömürlük həbslə hədələyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Politico” qəzeti siyasətçinin çapa hazırlanan kitabına istinadla məlumat yayıb.

Tramp ABŞ-da sentyabrın 3-də çıxması planlaşdırılan “Amerikanı xilas et” adlı yeni kitabında yazır: “Biz Zuckerberqi diqqətlə izləyirik və o, yenidən qanunsuz bir iş görsə, 2024-cü il prezident seçkilərində fırıldaq edən hər kəs kimi həyatının qalan hissəsini həbsxanada keçirəcək”.

Nəşr qeyd edir ki, Tramp saxtakarlıqdan danışarkən 2020-ci il seçkilərindəki vəziyyəti nəzərdə tutur. Siyasətçi xatırladıb ki, kampaniya zamanı Zukerberq və həyat yoldaşı Prisçilla Çan 2020-ci il prezident seçkilərinin seçki infrastrukturunu maliyyələşdirmək üçün təxminən 420 milyon dollar ayırıblar.

“Zuckerberq məni oval kabinetdə görməyə gəldi. O, çox gözəl arvadını şam yeməyinə gətirdi, mənimlə çox mehriban davrandı, ancaq eyni zamanda o, həmin vaxt prezidentə qarşı əsl sui-qəsdin bir hissəsi kimi rüsvayedici seçki qutuları quraşdırmaq planı qurdu”, - Tramp kitabda yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR