İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp yeni tariflərdən danışdı: Ticarət mümkünsüz hala gələcək...

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə avtomobil sənayesi üçün əlavə tariflər elan edəcəyini açıqlayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, eyni zamanda o, aprelin 2-də ABŞ-ın ticarət tərəfdaşlarına güzgü tarifləri tətbiq etmək planlarından əl çəkmədiyini təsdiqləyib, lakin ilkin planını yumşaldacağını da istisna etməyib.

Tramp deyib ki, o, “bir çox ölkəyə tariflərdə “fasilə” verə bilər”. Bundan əlavə, o, bütün hallarda tariflərin güzgü effektli olmayacağını bildirib və bunu bəzi ölkələrin Amerika mallarına tətbiq etdikləri "çox güclü tariflərlə izah edib. Onun sözlərinə görə, əgər ABŞ eyni tədbirləri görsə, ticarət tamamilə qeyri-mümkün olacaq.

Bundan əvvəl Tramp aprelin 2-dən Amerika şirkətləri üçün ticarət maneələrindən istifadə edən ölkələrdən idxal olunan mallara tariflər tətbiq edəcəyini vəd edib. Bununla belə, bəzi mənbələrə görə, aprelin 2-də də elan edilməsi planlaşdırılan avtomobillər, dərmanlar və yarımkeçiricilər kimi bütün kateqoriyalar üzrə rüsumlar böyük ehtimalla təxirə salınacaq. Eyni zamanda Kanada və Meksikaya tariflərin proqnozu da qeyri-müəyyən olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR