Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp illik gəliri 2,5 milyon dollar və ya daha çox olan amerikalılar üçün gəlir vergisini artırmaq istəyir.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb.
Bildirilir ki, Tramp artıq Nümayəndələr Palatasının spikeri Mayk Consonla bu məsələni müzakirə edib.
Söhbət 2,5 milyon ABŞ dolları fərdi gəliri olan şəxslərə və ya ümumi gəliri 5 milyon dollar olan evli cütlüklərə şamil ediləcək 39,6 faizlik verginin tətbiqindən gedir. Bundan əlavə, Amerika lideri özəl kapital fondlarının və vençur kapitalı şirkətlərinin rəhbərləri üçün vergi güzəştlərini ləğv etmək istəyir.
ABŞ-da ən yüksək gəlir vergisi dərəcəsi hazırda 37 faiz təşkil edir.
Maraqlıdır ki, 10 gün əvvəl Tramp amerikalı milyonçular üçün vergilərin artırılması ideyasını dağıdıcı adlandırıb. Ağ Evdə jurnalistlərə danışanda bildirib ki, belə addım bir çox varlı insanları ABŞ-ı tərk etməyə sövq edə bilər.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ