İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukraynanın dağılmasını istəmir, amma onun tərəfində də deyil – "The Economist"dən sərt analiz

Musavat.com xəbər verir ki, məşhur "The Economist" jurnalı ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasətini sərt tənqid edib. Nəşr yazır ki, Tramp istəmir ki, Ukrayna onun prezidentliyi dövründə dağılsın, lakin o, Ukraynanın tərəfində də açıq şəkildə dayanmayıb.

Məqalədə vurğulanır ki, ABŞ-ın Ukraynaya hərbi yardımını bərpa etməsi — xüsusilə də Patriot sistemləri üçün raketlərin ötürülməsi — Rusiyanın güclənən hava hücumları fonunda “sağlam düşüncənin qələbəsidir”.

Jurnal qeyd edir ki, yardımın dayandırılması, əslində, Rusiyaya tam hərəkət azadlığı vermək və aqressiyasını mükafatlandırmaq anlamına gələrdi.

Bununla belə, "The Economist" hesab edir ki, Trampın Ukraynanı dəstəklədiyini düşünmək sadəlövhlük olardı. Müəllifin fikrincə, hərbi yardımın bərpası, ən yaxşı halda, əvvəlki vəziyyətə qayıdışdır, yəni real siyasi mövqe dəyişikliyi baş verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR