İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukraynanı belə soyacaq – 500 milyard dollarlıq “müqavilə”nin detalları açıqlandı

Musavat.com xəbər verir ki, ABŞ senatoru Lindsi Qrem Ukrayna ilə bağlı verdiyi açıqlamalarla gündəm yaradıb. Onun sözlərinə görə, Vaşinqton Kiyev iqtisadiyyatını ABŞ-la inteqrasiya etməyə çalışır və bu proses hər iki tərəf üçün “faydalıdır”.

Senatorun əsas mesajları:

“Ukrayna Amerikanın iqtisadiyyatına fayda gətirməlidir” – Qrem bildirir ki, Ukraynanın zəngin mineral ehtiyatları 21-ci əsrin nefti hesab edilir və bu sərvət 500 milyard dollarlıq qazanc gətirə bilər.

“Rusiya atəşkəs danışıqlarına başlamalıdır, əks halda yeni sanksiyalar tətbiq olunacaq” – ABŞ həm Moskva, həm də Kiyevə təzyiq göstərərək müharibənin “ədalətli” bitməsini istəyir.

“Tramp bu müharibəni ədalətli şəkildə həll edəcək” – Qremin sözlərinə görə, ABŞ Ukraynanı silahlandırmağa və kəşfiyyat dəstəyi verməyə davam etməlidir.

“Nadir metallar müqaviləsi hər iki tərəf üçün sərfəlidir” – Vaşinqton Ukraynanın təbii ehtiyatlarını ABŞ iqtisadiyyatına daxil etmək üçün artıq yeni müqavilələr hazırlayır. 

Senatorun bu açıqlamaları ABŞ-ın Ukraynaya dəstəyinin sadəcə geosiyasi deyil, həm də iqtisadi maraqlara əsaslandığını açıq şəkildə ortaya qoyur. Vaşinqton Ukraynanın sərvətləri üzərində uzunmüddətli nəzarət qurmağa çalışır və bu, müharibənin gələcək taleyinə ciddi təsir edə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR