İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp üç ölkə ilə ticarət müharibəsinə BAŞLADI

Prezident Donald Tramp çərşənbə axşamı Meksika və Kanadadan ABŞ-a daxil olan məhsullara 25%-lik yeni rüsumlar tətbiq edib.

Musavat.com xəbər verir ki, tariflər martın 4-ü səhər saatlarında Trampın bu ölkələrin fentanil və onun kimyəvi komponentlərinin ABŞ-a qaçaqmalçılığının qarşısını almaq üçün kifayət qədər iş görmədiyini deməsindən saatlar sonra qüvvəyə minib.

Kanada baş naziri Castin Trüdo Ottavanın ABŞ-dan idxal edilən 30 milyard Kanada dolları (20,7 milyard ABŞ dolları) dəyərindəki məhsullara dərhal 25%-lik rüsum tətbiq edəcəyini və Trampın tədbirləri tətbiq etməyə davam etməsi halında əlavə 125 milyard Kanada dolları (86,2 milyard ABŞ dolları) dəyərindəki məhsullara 21 gün ərzində rüsum tətbiq edəcəyini açıqlayıb.

Trüdonun əvvəlki açıqlamalarına görə, Kanada sərhədindəki rüsumlar ABŞ-dan gətirilən pivə, şərab, burbon, məişət texnikası və Floridada istehsal olunan portağal şirəsi kimi məhsullara şamil ediləcək.

"Bu rüsumlar inanılmaz dərəcədə uğurlu olan ticarət münasibətlərini məhv edəcək," - deyə Trüdo bildirib.

Kanadanın Ontario vilayətinin baş naziri Dag Ford NBC kanalına verdiyi açıqlamada, ABŞ-a nikel ixracını və elektrik enerjisi ötürülməsini kəsmək üçün qarşı tədbir görməyə hazır olduqlarını bildirib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Meksika prezidenti Klaudiya Şeynbaumun cavab tədbirlərini çərşənbə axşamı Mexikoda səhər mətbuat konfransında açıqlayacağı gözlənilir.

Bundan başqa ABŞ prezidenti Donald Tramp Çin hökumətinin sintetik opioidlərin, xüsusilə də fentanilin ABŞ-a axınını azaltmaq üçün lazımi tədbirləri görməməsi səbəbindən Çin mallarına tətbiq edilən gömrük rüsumlarını ikiqat artırıb. Əmrin mətnini Ağ Ev özü yayımlayıb.

Sənəddə bildirilir ki, Çin mallarına tətbiq edilən rüsumlar 10%-dən 20%-ə qaldırılacaq. Əlavə olaraq sənəddə qeyd olunur ki, Çin hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün lazımi tədbirlər görməyib və bu böhran hələ də azalmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR