Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp hesab edir ki, "Tesla" dilerlərinə qarşı hücumlarda Corc Soros da daxil olmaqla solçu milyarderlərin əli ola bilər.
Musavat.com xəbər verir ki, o, bunu "Newsmax" telekanalına müsahibəsində deyib: “İnanıram ki, onların bəziləri mənim məhkəmələrimdə iştirak ediblər və yəqin ki, bu işdə də iştirak ediblər”.
Tramp yenə Maskın gördüyü işləri tərifləyib: "Bilirsiniz, İlon çox yaxşı işlər görüb. O, böyük sui-istifadələri, fırıldaqları və pis idarəetməni elə miqyasda ifşa edib ki... İnsanlar hətta işə gəlmir və maaş alırlar. Belə faktların sayı-hesabı yoxdur”.
Xatırladaq ki, martın əvvəlindən Tesla obyektləri “hücum dalğası” ilə üzləşib. Bir neçə həftə ərzində şirkətin avtomobillərinə, dilerlərə və enerji doldurma məntəqələrinə qarşı 10 hücum aktı törədilib. Tramp belə təxribatları törədənləri terrorçu hesab etdiyini bəyan edib.
Maskın özü rəhbərlik etdiyi "Tesla" avtomobil şirkətinin obyektlərinə edilən hücumları terror aktları adlandırıb.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ