İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp rus oliqarxlara ABŞ vətəndaşlığı satacaq: bu qədər ödə “Qızıl Kart” al - VİDEO

ABŞ Prezidenti Donald Tramp yeni immiqrasiya təşəbbüsü – “Qızıl Kart” proqramını elan edib.

Musavat.com xəbər verir ki, bu proqram çərçivəsində ABŞ hökuməti 5 milyon dollar müqabilində xüsusi immiqrasiya kartları təqdim edəcək.

Trampın sözlərinə görə, bu yeni immiqrasiya modeli varlı və uğurlu insanları ABŞ-a cəlb edəcək:

“Biz “Qızıl Kart” satmağa hazırlaşırıq. Yaşıl kart var, amma bu – Qızıl Kartdır. Onun qiyməti təxminən 5 milyon dollar olacaq və sahibinə yaşıl kartın üstünlükləri ilə yanaşı, vətəndaşlığa aparan yolu da açacaq”.

Trampın fikrincə, bu təşəbbüs ölkəyə daha çox sərmayə cəlb edəcək və iqtisadiyyatın inkişafına töhfə verəcək:

“Bu proqram çərçivəsində ABŞ-a varlı və uğurlu insanlar gələcək. Onlar çoxlu pul xərcləyəcək, yüksək vergi ödəyəcək və yeni iş yerləri yaradacaqlar”.

Rus oliqarxlarına xüsusi mesaj: “Çox yaxşı insanlardır”

Tramp proqramın potensial alıcıları arasında rus oliqarxlarını da gördüyünü bildirib:

“Mən bəzi rus oliqarxlarını tanıyıram, onlar çox yaxşı insanlardır. Bəlkə də əvvəlki qədər varlı deyillər, amma düşünürəm ki, 5 milyon dollar tapmaq imkanları var”.

Trampın sözlərinə görə, bu proqram ölkənin büdcə çatışmazlığını aradan qaldırmaq üçün tətbiq olunan tədbirlərdən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR