İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Respublikaçıların debatlarına qatılmır: “Onsuz da qalib özüməm”  

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 23-də Respublikaçılar Partiyasının prezidentliyə namizədlərinin televiziya debatlarında iştirak etməyəcəyini təsdiqləyib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə müvafiq qeydi siyasətçi özü sahib olduğu “Truth Social” sosial şəbəkəsində açıqlayıb.

“CBS-nin yeni sorğusunun nəticələrinə görə (Tramp - 62%) mənim liderliyim təsdiqlənir. İctimaiyyət mənim kim olduğumu, prezidentliyimin nə qədər uğurlu olduğunu bilir. Mənim dövrümdə ABŞ enerji müstəqilliyi, güclü sərhədlər, ordu, ən böyük vergi endirimləri, aşağı inflyasiya, tarixin ən güclü iqtisadiyyatını qazanıb. Buna əsaslanaraq, debat keçirməyəcəyəm”,-deyə o bildirib.

Qeyd edək ki, CBS telenalı və “YouGov” araşdırma mərkəzinin keçirdiyi sorğular keçmiş prezidentə qarşı prokurorluq tərəfindən açılan son cinayət işlərinin onun populyarlığını daha da artırdığını göstərib .
Respondentlərin 62%-i Trampı prezidentliyə namizəd kimi görmək istədiklərini bildiriblər. İkinci yerdə 16% səslə Florida qubernatoru Ron DeSantis qərarlaşıb. Üçüncü yerdə (7%) iş adamı Vivek Ramasvami olub, 5% isə Trampın keçmiş vitse-prezidenti Mayk Pensə səs verəcəyini ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR