İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp “qırmızı düyməsi”ni qadın jurnalistə göstərdi – "Hamı bunu…" - VİDEO

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News-un xanım aparıcısına masasında duran məşhur qırmızı düyməni göstərib. Üstəlik o kameraların çəkiliş modunda bununla bağlı maraqlı açıqlamalar verib.

“Hamı elə bilir ki, bu nüvə düyməsidir. Hamı elə düşünür ki, bu, nüvə silahı ilə bağlıdır”, – deyə Tramp zarafatla bildirib.

Lakin əslində bu düymə onun köməkçilərinə Diet Coke sifariş etmək üçündür. Trampın prezident olduğu ilk dönəmdə də bu düymə onun masasında olub və ikinci prezidentlik dövrünün əvvəlində yenidən qayıdıb.

Trampın bu simvolik düyməsi illərdir medianın diqqətindədir və onun şəxsi vərdişləri ilə bağlı ən çox müzakirə olunan detallar arasındadır. ABŞ prezidentinin bu “qırmızı düymə” zarafatı yenidən sosial şəbəkələrdə viral olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR