İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Putinlə gizli danışıqlar gedir” – Ukrayna ilə bağlı razılaşma masadadır?


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna mövzusunda danışıqların davam etdiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə "The Wall Street Journal" qəzetinin jurnalistinin sualına cavab olaraq danışıb, lakin ətraflı məlumat verməkdən imtina edib.

“Wall Street Journal-a danışmazdım, çünki bu, sadəcə vaxt itkisi olardı. Danışıqlar gedir, amma mən bu mövzunu onlarla müzakirə etmək istəmirəm,” – deyə Tramp sərt şəkildə bildirib.

Tramp əlavə edib ki, ötən həftəsonu Rusiya və Ukrayna ilə bağlı çox yaxşı danışıqlar aparılıb. Onun sözlərinə görə, may ayında Səudiyyə Ərəbistanında Putinlə görüş ehtimalı nəzərdən keçirilir, lakin bu barədə hələlik qərar verilməyib.

Prezident həmçinin yaxın 6 ay ərzində yeni milli təhlükəsizlik müşavirinin adının açıqlanacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR