İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putini təkzib etdi: Bu məsələ, ümumiyyətlə, müzakirə olunmadı..

ABŞ prezidenti Donald Tramp Rusiyanın Putinin telefon danışığı zamanı Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının tamamilə dayandırılmasını tələb etməsi ilə bağlı iddiasını təkzib edib.

Musavat.com xəbər verir ki, Fox News-un jurnalisti Laura İnqreham Amerika prezidentindən Kremlin bəyanatına münasibət bildirməsini xahiş edib.

Tramp isə Putinlə Ukraynaya yardım məsələsini ümumiyyətlə müzakirə etmədiyini bildirib: "Xeyr, Putin tələb etmədi - biz yardım haqqında danışmadıq. Əslində, biz ümumiyyətlə, köməkdən danışmadıq, çox şeylər haqqında danışdıq, amma kömək heç vaxt müzakirə olunmadı".

Putinin niyə tam atəşkəsə razı olmadığı sualına Tramp deyib ki, cəbhədə “bir-birini nişan alan çoxlu silah”lar var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR