İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putini “KÜNCƏ QOYDU”, Rusiya BLOKADADA QALDI, ölkə rəhbərliyi ŞOKDA! – yaxın 1 il ərzində... 

Ukrayna ilə ABŞ arasında faydalı qazıntılarla bağlı saziş Rusiyaya sarsıdıcı zərbədir. Müəyyən mənada ABŞ Prezidenti Donald Trampın döyüşlərə son qoymaq üçün danışıqlar apara biləcəyi istənilən sülh sazişindən daha vacibdir. Bu müqavilənin həyata keçirilməsindən sonra Rusiya faktiki olaraq müharibəni uduzacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Corc Buşun keçmiş spikeri Mark Tissen deyib.

O, ABŞ-ın sazişi imzalamaqla Ukrayna ilə ticarətə girəcəyini, müqavilədə göstərildiyi kimi, Ukraynanın istifadə olunmamış faydalı qazıntılarını və digər təbii sərvətlərini birgə işlətmək üçün Kiyevlə “uzunmüddətli tərəfdaşlıq” bağlayacağını və “sabit və iqtisadi cəhətdən çiçəklənən Ukraynanın inkişafı üçün uzunmüddətli maliyyə öhdəlikləri” götürəcəyini vurğulayıb.

“Bu o deməkdir ki, hazırda ABŞ-ın Ukraynanın müstəqilliyinin qorunmasına kömək etmək üçün böyük maliyyə stimulu var. Ukrayna “sağ” qalsa, ABŞ yüz milyardlarla dollar alacaq, Ukrayna məğlub olsa, heç nə almayacağıq. Kimsə düşünür ki, Putin Ukraynanı fəth etsə, Ukraynaya döyüşmək üçün verdiyimiz silahları ABŞ-a qaytaracaq? Əlbəttə yox”, - Tissen qeyd edib.
Onun fikrincə, Ukraynanın razılaşmanın müqabilində təhlükəsizlik zəmanəti ala bilməyəcəyini deyənlər bir məqamı qaçırırlar: “Bunun özü təhlükəsizlik zəmanətidir”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.05-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR