İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putinə inandığını Starmerin qarşısında bəyan etdi: “Düşünürəm ki, o, sözünü tutacaq” - VİDEO

ABŞ prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı razılaşmanı pozmayacağına inandığını bildirib. O, Ağ Evdə Britaniyanın baş naziri Keyr Starmerlə görüşündən əvvəl keçirdiyi brifinqdə jurnalistlərin Putinə etibar edib-etmədiyi və razılaşmanın pozulacağı halda nə edəcəyi ilə bağlı suallarına cavab verib.

“Düşünürəm ki, o, sözünü tutacaq. Onu uzun illərdir tanıyıram. Biz birlikdə “Rusiya yalanı” adlı hadisəni yaşadıq”, – deyə Tramp bildirib.

Tramp burada ABŞ-da 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı aparılan istintaqa işarə edib. O, bu istintaqın ədalətsiz və qondarma olduğunu, Rusiyanın bu işlə əlaqəsi olmadığını iddia edib:

“Bu, saxta iş idi. Rusiya ilə heç bir əlaqəsi yox idi. Bu, ölkə daxilində qurulmuş bir oyun idi və onlara da bununla barışmaq lazım gəldi. Onlar çox şey yaşadılar – təkcə biz yox, onlar da bu uydurma hekayə ilə üzləşdilər”, – Tramp qeyd edib.

“Düşünmürəm ki, o, razılaşmanı pozacaq. Hesab edirəm ki, razılaşma yerinə yetiriləcək”, – deyə Tramp vurğulayıb. 

Musavat.com xəbər verir ki, Tramp eyni zamanda Ukraynada təhlükəsizliyin təmin ediləcəyini və bu prosesdə digər ölkələrin iştirak edəcəyini də bildirib:

“İndi onların (Ukraynanın) təhlükəsizliyi olacaq. Orada qoşunlar olacaq… Bilirəm ki, Fransa orada olmaq istəyir. Prezident [Emmanuel Makron] orada Fransa hərbçilərinin olmasını istəyir. Düşünmürəm ki, biz ümumiyyətlə orada lazım olacağıq. Ona görə də razılaşmanın pozulacağı ilə bağlı problem yaşanacağını düşünmürəm”, – ABŞ lideri əlavə edib.

Bir jurnalist “Sizin sözlərinizdən belə çıxır ki, siz Putinə tamamilə etibar edirsiniz, başqaları isə ona güvənmir” sualını verdikdə, Tramp belə cavab verib:

“İnan, amma yoxla – gəlin bunu belə adlandıraq. Məncə, hər ikimiz eyni fikirdəyik. Həmişə yoxlamaq lazımdır, çünki heç vaxt nə baş verəcəyini bilmək olmur”, – deyə o bildirib.

Tramp vurğulayıb ki, o, həyatında tam etibarlı göründüyü halda insanları aldadan çox adam tanıyıb, eyni zamanda güvənilməyəcəyini düşündüyü şəxslərin isə tam dürüst olduğunu müşahidə edib.

“Əminəm ki, əgər biz bir razılaşmaya gəlsək, o, yerinə yetiriləcək”, – Tramp yekunda bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR