Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı İsrailin baş naziri Benyamin Netanyahunun telefon zəngi barədə danışıb.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, İsrailin baş naziri Amerika lideri Co Bayden və onun administrasiyasının göstərişlərinə məhəl qoymur.
"Uğursuz prezident Bayden Bibiyə (Benyamin Netanyahu - red.) nə etməli və nə etməməli olduğunu deyir. Amma Bibi ona qulaq asmır. Onlar bir neçə ay əvvəl olduğundan qat-qat yaxşı vəziyyətdədirlər.
Bu gün Bibi mənə zəng etdi və dedi ki, bu, əladır. O, Baydeni dinləmək fikrində olmadığını söylədi, çünki dinləsəydi, işlər daha pis olardı", - Tramp bildirib.
O, İsrailin baş nazirinin Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harrisdən ağıllı olduğunu deyib.
Benyamin Netanyahunun dəftərxanası bildirib ki, siyasətçilər arasında söhbət Hizbullahın İsrail baş nazirinin Qeysəriyyədəki iqamətgahına hücumundan sonra baş verib.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ