Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qrenlandiyadakı hərbi bazaya gedib.
Musavat.com "Associated Press"ə istinadən xəbər verir ki, ABŞ nümayəndə heyətini daşıyan təyyarə eniş etdikdən sonra Vens və xanımı hərbçilərlə görüşüblər.
Hərbçilərlə birgə naharda vitse-prezident qeyd edib ki, Arktikada təhlükəsizliklə çox maraqlanır:
"Bildiyiniz kimi, bu, böyük problemdir. O, yaxın onilliklərdə daha da böyüyəcək".
Nümayəndə heyətinə həmçinin ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və energetika naziri Kris Rayt da daxildir.
Bundan əvvəl həm ada, həm də onun aid olduğu Danimarka qarşıdakı səfəri ABŞ-ın təzyiqi kimi qiymətləndirib.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ