Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Maykl Daffini müdafiə nazirinin müavini vəzifəsinə namizəd olaraq irəli sürüb.
Musavat.com "The New York Times" qəzetinə istinadən bildirir ki, Daffi 2019-cu ildə Pentaqonun Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketini bloklamasına səbəb olan qərarda mühüm rol oynayıb.
O dövrdə hərbi yardımın dayandırılması, Trampın Ukrayna prezidenti Volodimir Zelenskini "Burisma" qaz şirkətindəki korrupsiya məsələlərini araşdırmağa məcbur etmək cəhdi ilə əlaqələndirilirdi. İddiaya görə, bu şirkətdə ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenin adı da hallanırdı.
Daffinin namizədliyi ABŞ-da yenidən Tramp administrasiyasının Ukrayna siyasətinə dair müzakirələri alovlandırıb. Bununla yanaşı, bu addım siyasi dairələrdə və ictimaiyyətdə fərqli reaksiyalara səbəb olub.
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ