Onlayn ictimai-siyasi qəzet
Demokratiyaların Alyansı Fondunun “Demokratiyanın qavranması indeksi”nə əsasən, ABŞ prezidenti Donald Tramp son bir ildə qlobal miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə itirib və mənfi imicə görə Rusiya lideri Vladimir Putin və Çin rəhbəri Si Cinpini belə geridə qoyub.
Musavat.com xəbər verir ki, ABŞ-ın dünya üzrə ümumi imici 2024-cü ildə +22% göstəricidən 2025-ci ildə -5%-ə qədər enib.
Bu nəticə Çindən (+14%) aşağı, Rusiyaya (-9%) isə yaxın hesab edilir. ABŞ-ın müsbət imicə sahib olduğu ölkələrin nisbəti 76%-dən 45%-ə düşüb.
Sorğuda iştirak edənlərin 85%-i Donald Trampı tanıdıqlarını bildirib və o, dünyanın ən tanınmış siyasi lideri kimi qeyd olunub. Trampı 81% ilə Vladimir Putin, 63% ilə Çin lideri Si Cinpin, 35% ilə Hindistanın baş naziri Narendra Modi izləyir.
Lakin qəbul edilmə göstəricilərinə gəlincə, Tramp dünyanın 82% ölkəsində mənfi imicə sahibdir. Bu, Putinin (61%) və Si Cinpinin (44%) göstəricilərindən xeyli pis hesab edilir.
Mütəxəssislər Donald Trampın beynəlxalq ticarətə tətbiq etdiyi tariflər və Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sərt yanaşmalarının bu nəticələrdə rol oynadığını bildirirlər.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ