İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Mən Rusiya ilə çox sərt davranmışam”

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasətinin həmişə sərt olduğunu bildirib. Musavat.com bildirir ki, o, televiziya müsahibəsi zamanı jurnalistin Ukrayna və İsrailə edilən hücumlarla bağlı sualına cavab verərkən bunu vurğulayıb.

Jurnalist Trampdan soruşub ki, ABŞ hər iki halda aqressorlara eyni yanaşırmı? Tramp isə suala konkret cavab verməkdən yayınaraq, “Bu, tamamilə fərqli yerlərdir… Siz dünyanın müxtəlif hissələrindən danışırsınız” deyib.

Fox News jurnalisti daha sonra soruşub ki, Tramp Rusiya ilə HƏMAS-a qarşı olduğu kimi sərt davranıbmı? Tramp bu dəfə cavabında “Mən Rusiya ilə çox sərt idim, Rusiyaya qarşı hər kəsdən daha sərt oldum” deyib.

O, prezidentliyi dövründə “Şimal Axını-2” qaz kəmərinin tikintisinin dayandırıldığını, Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyini və Ukraynaya Javelin tank əleyhinə raketlərinin verildiyini xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR