Onlayn ictimai-siyasi qəzet
Tramp ABŞ-ın Milli Kəşfiyyatının keçmiş direktoru Riçard Qrenelli İran məsələləri üzrə xüsusi nümayəndə təyin edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Məsələ müzakirə olunur”, - deyə mənbə bildirib.
Agentliyin məlumatına görə, Tramp hələ İranla bağlı kadr qərarları, strategiya ilə bağlı hələ ki yekun qərar qəbul edilməyib. Bu, o cümlədən ölkəyə yeni sanksiyalar tətbiq etmək, diplomatik addımlar atmaq və ya hər ikisini həyata keçirməklə İranın nüvə proqramını dayandırmaq planlarını əhatə edir.
Gözlənilir ki, bu vəzifədə Qrenell regiondakı və regiondan kənar ölkələrlə İran məsələsi üzrə danışıqlar aparacaq, həmçinin Tehranla mümkün danışıqlara dair “nəbzi yoxlayacaq”, - mənbələrdən biri bildirib.
Afaq,
Musavat.com
13 Dekabr 2024
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ