İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Heqsetin müdafiəsinə qalxdı: Heqseti bu işə necə qarışdırırsınız?

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Yəmənə hərbi zərbələrinə dair məlumatların sızması ilə bağlı “Siqnal” mesajlaşma qalmaqalından sonra müdafiə naziri Pit Heqsetin istefa verməsi barədə düşünmür.

Musavat.com xəbər verir ki, bu fikrini o, Ağ Evdə müxbirin sualına cavab olaraq açıqlayıb.
"Heqset əla iş görür. Onun bununla heç bir əlaqəsi yox idi" deyən Tramp suala əsəbləşib: "Siz Heqseti bu işə necə qarışdırırsınız? Onun bununla heç bir əlaqəsi yoxdur. Bütün bunlar cadugər ovudur".

Xatırladaq ki, martın 24-də “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberq martın 11-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Mayk Uolts tərəfindən ABŞ administrasiyasının üzvlərinin Yəmənə zərbələri müzakirə etdiyi qrup söhbətinə əlavə olunduğu barədə məlumat yayıb. Jurnalistin sözlərinə görə, martın 15-də Pit Heqset Yəməndə husilərə qarşı qarşıdan gələn zərbələrin təfərrüatlarını, o cümlədən hədəflər, silahlar və zərbələrin gözlənilən başlama vaxtını özündə əks etdirən mesaj yerləşdirib ki, bu da Qoldberqin sözlərinə görə, partlayışlarla bağlı sosial mediada ilk paylaşımların dərc edildiyi vaxta təsadüf edir.

Tramp bildirib ki, qrupda hər hansı məxfi məlumatlar açıqlanmayıb. O qeyd edib ki, məlumat sızması qalmaqalına baxmayaraq, milli təhlükəsizlik komandasındakı hər kəsə, o cümlədən Uoltsa güvənir.
ABŞ Nümayəndələr Palatasının demokrat azlığı isə Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılmasını tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR