İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp FED rəhbərini istefaya göndərmək istəmir

ABŞ prezidenti Donald Tramp faizlərlə bağlı ləng tərpənməkdə ittiham etsə də, Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Paueli istefaya göndərmək fikrində deyil.

Musavat.com xəbər verir ii, bu barədə o, NBC News-a müsahibəsində danışıb: "Yox, yox, yox. Mən niyə belə edim?"

Tramp Pauellin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatana qədər gözləyəcəyini vurğulayıb.Eyni zamanda o, tənzimləyicinin rəhbərini “çox ləng” adlandırıb.

İki gün əvvəl Amerika lideri bir daha Federal Ehtiyat Sistemini dərəcələri azaltmaqdan imtina etdiyinə görə tənqid edib. Gələn həftə keçiriləcək növbəti iclasda FED-in məzənnəni dəyişməz saxlayacağı gözlənilir.

Bazar gözləyir ki, ABŞ Mərkəzi Bankı bu il üç dəfə dərəcələri endirə bilər. Martın 19-da uçot dərəcəsi 4,25-4,5 faiz səviyyəsində saxlanılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

04 May 2025

BÜTÜN XƏBƏRLƏR