İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp daha bir Silikon Vadisi milyarderinə vəzifə verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının süni intellekt və kriptovalyuta siyasətinə rəhbərliyə Silikon Vadisi vençur kapitalisti Devid Saksı təyin edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Saks 20 il əvvəl İlon Mask ilə "PayPal Holdings"də çalışıb.

Mask sosial şəbəkədə onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

"The Wall Street Journal" yazır ki, Saks adətən demokratlara üstünlük verən Silikon Vadisində Trampın ilk və ən səsli tərəfdarlarından biri idi. İyun ayında o, San-Fransiskoda siyasətçinin kampaniyası üçün 12 milyon dollardan çox vəsait toplayıb.

"Bu mühüm rolda Devid ABŞ-ın gələcək rəqabət qabiliyyəti üçün vacib olan iki sahə olan süni intellekt və kriptovalyutalarla bağlı siyasətə rəhbərlik edəcək. O, diqqətini Amerikanı hər iki sahədə açıq-aydın qlobal lider etməyə yönəldəcək", - deyə ABŞ-ın yeni seçilmiş prezidenti "Truth" sosial şəbəkəsindəki hesabında yazıb.

Saks həmçinin Trampın yanında Prezidentin Elm və Texnologiya Şurasına da rəhbərlik edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR