Onlayn ictimai-siyasi qəzet
Financial Times yazır ki, ABŞ Prezidenti Donald Trampın Çinlə ticarət müharibəsində qalib gəlmək şansı azdır.
Musavat.com xəbər verir ki, nəşrin fikrincə, Trampın əsas məqsədi iqtisadi fayda yox, şəxsi hakimiyyətini gücləndirməkdir və tariflər bu məqsədə çatmaq üçün onun əsas alətidir.
“Onun əsas niyyəti – ABŞ-ın və prezidentin səlahiyyətlərini qlobal iqtisadi qaydaların məhdudiyyətlərindən azad etməkdir. Tariflər isə bu məqsəd üçün ən əlverişli vasitədir. Tramp illərlə düşünürdü ki, dünya ABŞ bazarına çıxış üçün istənilən qiyməti ödəyər. Üstəlik, Konqres onu dayandırmayana qədər, istədiyi ölkəyə, istənilən səbəbdən tarif tətbiq edə bilər”, – deyə FT yazır.
Bununla belə, qəzet hesab edir ki, Tramp bu müharibədə istədiyinə nail ola bilməyəcək. Birincisi, onun prezidentliyi dövründə ABŞ qeyri-etibarlı tərəfdaş kimi qəbul olunur və bu, Çinə qarşı beynəlxalq dəstəyi çətinləşdirir. İkincisi, Tramp daha əvvəl bazarların mənfi reaksiyası səbəbilə tariflərdən geri çəkilmişdi, bu da onun qərarlarının maliyyə bazarlarından asılı olduğunu göstərir.
Çin isə hazırkı mərhələdə daha hazırlıqlıdır. Prezident Si Cinpin daxili tələbatı artırmağa yönəlmiş yeni iqtisadi kurs götürüb və Pekin ABŞ-ın idxalına ehtiyac duymadan da sabitliyini qoruya bilər.
Əksinə, ABŞ Çin mallarına tətbiq olunan tariflər səbəbindən yüksək inflyasiya ilə üzləşib. Çin sənaye məhsullarına ABŞ-ın asılılığı, Çininkindən üç dəfə çoxdur. Resurs qiymətlərinin artması isə ABŞ-da biznes investisiyalarına mənfi təsir göstərir.
“Əgər Trampın yeni ticarət müharibəsinin məqsədi Pekini ABŞ-ın gücü qarşısında diz çökdürməkdirsə, nəticə yalnız məyusluq olacaq”, – deyə Financial Times yekunlaşdırır.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ