Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında yerləşən iki böyük dövlət qoruğunu bağlamağı planlaşdırır. Bu qoruqlar onun sələfi Co Bayden tərəfindən vəzifədən getməsinə bir həftədən az qalmış yaradılmışdı.
Musavat.com xəbər verir ki, bu barədə Amerika mediası Ağ Evə istinadən məlumat yayıb.
Söhbət Cənubi və Şimali Kaliforniyada yerləşən Çakvalla (252,5 min hektar) və Sattitla-Haylends (90,6 min hektar) qoruqlarından gedir.
“The Washington Post” (WP) nəşri yazır ki, yerli amerikalı tayfalar bu əraziləri müqəddəs hesab edir və Baydendən burada neft qazma, faydalı qazıntıların çıxarılması, yaşıl enerji layihələri və digər sənaye fəaliyyətlərini qadağan etməyi xahiş etmişdilər.
Tramp isə hesab edir ki, bu qoruqlar geniş ərazilərdə iqtisadi inkişafı və enerji hasilatını əngəlləyir.
Eyni zamanda, ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi Baydenin iqlim siyasətinə dair ən mühüm sərəncamlarını, o cümlədən elektromobillərə keçidin sürətləndirilməsi və tullantıların azaldılması ilə bağlı qərarları ləğv etmək prosesinə başlayıb.
Musavat.com
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ