Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəkilləri onun keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən maliyyə sənədlərini saxtalaşdırdığı iddiası ilə bağlı iişə xitam verilməsini tələb ediblər.
Trampın vəkilləri bununla bağlı hazırkı prezident Co Baydenin özü oğlu Hanteri əfv etməsini əsas göstəriblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fox News kanalı məlumat yayıb.
Vəkillər Todd Blanş və Emil Bouv bu tələbi həmçinn Trampın prezidentin toxunulmazlığı ilə izah ediblər.
"Hanter Bayden üçün 10 il ərzində törədilən cinayətləri əhatə edən əfv fərmanı verməklə, Prezident Bayden oğlunun siyasi təzyiqlərə məruz qaldığını iddia edib. Eyni proses Trampla da bağlı müşahidə olunub”-deyə vəkillərin vəsatətində göstərilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ