İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Baydeni "tərəvəz" adlandırıb

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp milyarder və iş adamı İlon Maska müsahibəsi zamanı hazırkı dövlət başçısı Co Baydeni "tərəvəz" adlandırıb.

"Bayden, mənim fikrimcə, tərəvəz olmağa çox yaxındır," - deyə o bildirib.

Tramp Baydenin çimərlikdə istirahət etdiyi görüntülərə baxdığını və onun zorla gəzə bildiyini qeyd edib.

"Bu, çox pis görünür. Elə bil bizim, ümumiyyətlə, prezidentimiz yoxdur" - deyə siyasətçi əlavə edib.

Bundan əvvəl Bayden noyabr ayında dövlət başçısı seçkilərində Trampın məğlub olması halında hakimiyyətin dinc yolla təhvil verilməsinə şübhə ilə yanaşdığını bildirmişdi./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR