İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp administrasiyasının bu qərarından Ukrayna üçün istisna tətbiq olundu

Ağ Evin İdarəetmə və Büdcə İdarəsi Ukrayna da daxil olmaqla bəzi humanitar proqramların maliyyələşdirilməsinə qoyulan məhdudiyyətlərin bir qismini aradan qaldıraraq federal yardımın dondurulmasına dair prezident qərarından onlara istisna tətbiq edib.

Musavat.com xəbər verir ki, bu məlumat CNN-in ABŞ Prezidenti Donald Tramp administrasiyasının sözçüsündən əldə etdiyi memorandumda əksini tapıb.

İlk əvvəl humanitar yardımların dayandırılmasına dair sərəncamın bütövlükdə ləğv olunduğu bildirilsə də, CNN administrasiyadan aldığı cavabı dərc etdikdən sonra Ağ Evdən daha bir açıqlama verilərək, sərəncamın ləğv olunmadığı, ondan bəzi istiqamətlər üzrə istisnalar edildiyi açıqlanıb.
Qeyd edək ki, Ağ Evin Büdcə İdarəsi daha əvvəl xarici ölkələrə yönəlik bütün federal qrant və kreditlərin dondurulmasına dair qərar qəbul edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR