Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Pentaqonun hərbi bazalarında faydalı qazıntıları emal edən müəssisələr qurmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu addım, kritik mineralların hasilatını artırmaq və Çindən olan asılılığı azaltmaq məqsədini güdür. Məlumatlara əsasən, Tramp çərşənbə günü müvafiq fərmanı imzalaya bilər.
Pentaqon təxminən 12 milyon hektar əraziyə nəzarət edir ki, bu da faydalı qazıntıların emalı üçün yeni torpaq sahələri almaq və ya yerli əhali ilə qarşıdurmalar yaşamaq ehtiyacı olmadan emal müəssisələri qurmağa imkan verir.
Bu addım ABŞ-ın strateji minerallar üzrə öz ehtiyaclarını qarşılamaq və xarici təsirlərdən, xüsusən də Çindən gələn təzyiqlərdən qorunmaq məqsədini daşıyır.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ