İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda bunları etmək qadağan edildi - SİYAHI

İlk yayımlanma tarixi: 27.08.2023 (21:11)

 

Çeçenistan Müsəlman Dini İdarəsi respublika rəhbəri Ramzan Kadırovun tapşırığı ilə toylarda izafi xərclərin qarşısını alan tələblər hazırlayıb.

Musavat.com xəbər verir ki, Çeçenistanın rəsmi mətbuatında dərc olunan tələbləri Çeçenistanın müftisi Hacı Salah Məciyev təqdim edib.

Onun sözlərinə görə, son vaxtlar çeçen toyları xalqın adətləri və müsəlman dininin tələblərinə zidd olaraq çox dəbdəbəli xarakter alıb. Tələblərə əsasən, 50 min rublluq kalım, çay, qənd və qoyun kəsilməsi adəti saxlanılır. Gəlin üçün başlıq pulu ailələrin imkanlarına görə müəyyən edilməlidir. Nişanlı oğlana, qayınata, qayınana və digər qohumlara bahalı hədiyyələrin alınması qadağan edilir.

Gəlinə verilən cehiz çeçenlərin əvvəlki adətlərinə uyğun, izafi şeylər olmadan tərtib olunmalıdır. Oğlan ata-anası qız evinə gedərkən bahalı hədiyyələr aparmamalıdılar. Oğlana hədiyyələr də adətlərdəkindən kənara çıxmamalıdır. Oğlan və qız tərəfin qarşı tərəfə maşın, məişət texnikası, brilyant əşyalar, ev kimi bahalə hədiyyələr alması da qəti qadağan edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR