Onlayn ictimai-siyasi qəzet
Bələdiyyələrin artıq torpaq qiymətləndirmə səlahiyyəti olmayacaq.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, torpaqların qiymətləndirilməsi və satışı ilə bağlı yeni qaydalar tətbiq ediləcək. Bununla bağlı Milli Məclisdə "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq bir sıra qanunlarda dəyişikliklər təklif edilib.
Millət vəkili Vüqar Bayramov bildirib ki, qanunda təklif edilən dəyişiklik bələdiyyələr tərəfindən hərraca çıxarılan torpaqların satışında şəffaflığı təmin etməkdir. Buna əsasən bələdiyyələr torpağın satışını yalnız qiymətləndiricilərin təyin etdiyi qiymət əsasında satışa çıxara biləcəklər.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu proses torpaq sahələrinin qiymətində hər hansı dəyişikliyə səbəb olmayacaq. Lakin qiymətləndirici şirkətin ödənişini sifarişçi, yəni torpağı alan şəxs edəcək.
Qeyd edək ki, Layihəyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla müəyyən ediləcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ