Onlayn ictimai-siyasi qəzet
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndini efirdə ağladıb.
Hadisə onların qonaq olduğu "Afaqla 10lar" verilişində yaşanıb.
Tolik bir müddət əvvəl məclislərin birində açıq-saçıq geyimdə çıxış etdiyinə görə sosial şəbəkədə qınaq obyektinə çevrilən Samirədən söz açıb.
"Samirənin ürəyində küskünlüyü var. O deyir ki, istərdim ki, insanlar məni olduğum kimi tanısınlar. Samirənin "qabı" boş deyil, doludur. Onu başqa yöndən insanlara tanıtdılar. Yay aylarında restoranların birində geyiminə görə linç olundu. Demək olar ki, bütün media Samirə haqqında danışırdı. O qədər qınaq içində bir nəfər belə olsa çıxıb Samirəni müdafiə etmədi. Bilirsiniz niyə? Çünki hamımız ehtiyat etdik ki, bizə deyəcəklər ki, sən onun tərəfini tutursan. O, meydanda tək qaldı. Əminəm ki, o həmin zamanda depressiya da keçirdi. Amma çıxıb bu haqda danışmadı. Onun yaşda olan müğənnilər var ki, ondan da betər açıq-saçıq geyinirlər amma... Mən səni çox istəyirəm. Samirəni tanımadan bütün kütlə onu yıxıb-sürüdü", - deyə Tolik bildirib.
Onun bu sözlərindən Samirə göz yaşlarını saxlaya bilməyib və "Mən tək qaldım" deyərək, ağlayıb. /olay.az
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ