İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayevin Azərbaycana səfəri başa çatdı

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iyulun 6-da başa çatıb.

Musavat.com xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR