İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev və Zelenski arasında telefon danışığı olub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə “Sputnik Kazakhstan” Tokayevin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü əsasında baş tutub.

Dövlət başçıları ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.

Qazaxıstan Prezidenti bu dövr ərzində iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında mühüm müsbət nəticələrin əldə olunduğunu qeyd edib.

Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib.

Tokayev eyni zamanda, Qazaxıstanın Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR